Litvanın baş məşqçisi istefa verdi – Azərbaycana məğlubiyyətə görə…


Litva milli futbol komandasının baş məşqçisi Edqaras Yankauskas istefa verib.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb onun rəhbərlik etdiyi komandanın Millətlər Liqasında Azərbaycana məğlub olması olub (0:1).
Oyundan sonra iLitva Futbol Federasiyasında (LFF) federasiya prezidenti Edqaras Stankyaviçyus, federasiya texniki direktoru Deividas Şemberas və baş məşqçi Edqaras Yankauskas arasında görüş olub. Açıq müzakirələrdən sonra, hər iki tərəfin qarşılıqlı razılığı əsasında Yankauskasla müqavilənin ləğvi barədə qərar qəbul edilib.
Qərara əsasən bütün məşqçilər heyəti də məşqçi ilə birlikdə gedəcək. Komandanın müvəqqəti baş məşqçisi isə tezliklə elan olunacaq.
Qeyd edək ki, Yankauskas 1 fevral 2023-cü ildən komandaya rəhbərlik edirdi. 
Xatırladaq ki, noyabr ayında Litva komandası Lixtenşteyn komandası ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top