
Bakının Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının, eləcə də Abşeron rayonunun bəzi ərazilərinin su təminatında fasilə yaranacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb.
Bildirilib ki, fasilə magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır.
Qeyd olunub ki, sabah səhər saatlarına kimi içməli suyun verilişi bərpa olunacaq.
Tətbiqimizi yükləyə bilərsiniz