
Avqust ayında turizm məqsədilə Azərbaycana səfər edən əcnəbilərin 9,3% və ya 16 min 255 nəfəri göstərilən xidmətlərdən narazı qalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda göstərilən xidmətlərdən narazı qalan turistlərin ümumi turistlər arasındakı payına görə ilk sırada Almaniya və Türkiyə vətəndaşları dayanır.
Avqust ayında Türkiyədən Azərbaycana 15 min 473 nəfər turist gəlib. Türkiyədən gələn turistlərin 11,3%-i və ya 1 753 nəfəri Azərbaycanda onlara göstərilən xidmətlərdən razı qalmayıb.
İkinci sırda yer alan Almaniyadan Azərbaycana 2 min 651 nəfər turist gəlib və onların 11,2%-i (297 nəfər) göstərilən xidmətlərdən narazı olub.
Göstərilən xidmətlərdən narazı qalanların sıralamasında sonrakı yerlərdə Əlcəzair (11,18%), Niderland (11,16%), Pakistan (10,3%), Qətər (10,27%), Bəhreyn (10,24%z, İraq (10,21%), Yəmən (10,2%) və İsveçdən (10%) olan turistlər qərarlaşıb.
Ən aşağı narazılıq göstəricisi isə Kanada vətəndaşlarında qeydə alınıb. Bu ölkədən gələn turistlərin 7,43%-i göstərilən xidmətləri qənaətbəxş hesab etməyib.
Ən az narazılıq bildirən ölkələr arasında Cənubi Koreya (7,47%), Norveç (7,58%), Filippin (7,72%), Türkmənistan (7,9%), Avstraliya (7,99%), Suriya (8%), Oman (8,45%), Fransa (8,5%) və Ukrayna (8,51%) vətəndaşları yer alıb.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz