“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” – Video


Azərbaycan Universitetinin sinif otağına yağış suları damıb.
Yeniavaz.com
xəbər verir ki, bunu əks etdirən kadrları ali təhsil müəssisəsinin tələblərindən biri sosial media hesabında yayıb.
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti” başlığı ilə dərc olunan kadrlarda yağış sularının otağa damdığı və bunun qarşısını almaq üçün döşəməyə vedrələr qoyulduğu görünür.
Məsələ ilə bağlı Azərbaycan Universitetinin Mətbuat xidmətindən Baku.ws-ə bildirilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür:
“Videodan da göründüyü kimi auditoriya tədris üçün bağlanıb və hazırda orada dərs keçilmir. Təmir işləri yekunlaşandan sonra auditoriya yenidən istifadəyə veriləcək”.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top