
İtaliyanın Spoleto şəhərində “HIPPO 2026” Beynəlxalq İngilis Dili Olimpiadasının Dünya Finalı keçirilib.
Yeniavaz.com xəbər verir ki, final mərhələsində 71 ölkədən 240 şagird iştirak edib.
Azərbaycanı Dünya Finalında 6 şagird təmsil edib. Azərbaycan komandasının tərkibinə 159 nömrəli tam orta məktəbin 6-cı sinif şagirdi Ayan Quliyeva, Elitar Gimnaziyanın 7-ci sinif şagirdi Murad Hüseyn, 276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ulduz İsmayılova, Türk Dünyası Bakı Atatürk Liseyinin 7-ci sinif şagirdi Leyli Hacızadə, 2 nömrəli Texniki-Humanitar Liseyin 7-ci sinif şagirdi İlkin Qurbanzadə və “Kaspi International School”un 4-cü sinif şagirdi Ada Qəmbər daxil olub.
Məlumat üçün bildirək ki, şagirdlər yaş qrupları və səviyyələrinə əsasən müxtəlif kateqoriyada yarışıblar.
Aşağı yaş qrupunda – “Little Hippo” kateqoriyasında yarışan “Kaspi International School”un 4-cü sinif şagirdi Ada Qəmbər 20 ölkədən olan 47 şagird arasında 91,96 balla 4-cü sırada yer alıb. Azərbaycanlı şagirdlər arasında ən yüksək balı da Ada Qəmbər toplayıb.
Onu da bildirək ki, Ada Qəmbər Müsavat Partiyasının başqanı İsa Qəmbərin nəvəsidir.
Bundan başqa, 276 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Ulduz İsmayılova 91 bal toplayaraq “Hippo 2” kateqoriyasında 36 şagird arasında 7-ci olub.
“HIPPO 2026”da iştirak edən azərbaycanlı şagirdlərin nəticələri aşağıdakı kimi olub:
47 şagir arasında 4-cü yer – Ada Qəmbər (“Little Hippo”, 91,46 bal);
36 şagir arasında 7-ci yer – Ulduz İsmayılova (“Hippo 2”, 91 bal);
36 şagir arasında 10-cu yer – Leyli Hacızadə (“Hippo 2”, 90 bal);
53 şagird arasında 27-ci yer – Ayan Quliyeva (“Hippo 1”, 88,58 bal);
36 şagir arasında 18-ci yer – Murad Hüseyn (“Hippo 2”, 87 bal);
4 şagir arasında 3-cü yer – İlkin Qurbanzadə (“Hippo S2”, 84,21 bal).

Müqayiəs üçün Azərbaycana qonşu olan ölklərin də nəticələrini təqdim edirik:
Türkiyə
17 şagird arasında 1-ci yer – Dəniz Zeynəb Temiz (“Hippo 3”, 94,74 bal);
17 şagird arasında 7-ci yer – Dəniz Naz Turba (“Hippo 3”, 90,53 bal);
36 şagird arasında 32-ci yer – Tanem Elif Sayan (“Hippo 2”, 83 bal);
36 şagird arasında 35-ci yer – Elif Naz Çelik (“Hippo 2”, 79 bal);
53 şagird arasında 40-cı yer – Melek Azra Bozan (“Hippo 1”, 85,83 bal);
53 şagird arasında 42-ci yer – Ela Öztürk (“Hippo 1”, 84,65 bal);
26 şagird arasında 9-cu yer – Ekin Güləc (“Baby Hippo”, 95,12 bal);
26 şagird arasında 13-cü yer – Kemal Akmaz (“Baby Hippo”, 92,68 bal).
Ermənistan
17 şagird arasında 3-cü yer – Yeva Fərşyan (“Hippo 3”, 92,63 bal);
17 şagird arasında 6-cı yer – Mari Yediqaryan (“Hippo 4”, 88,42 bal);
53 şagird arasında 28-ci yer – Milena Manukyan (“Hippo 1”, 88,58 bal).
Gürcüstan
17 şagird arasında 12-ci yer – Lile Şalamberidze (“Hippo 3”, 88,42 bal);
47 şagird arasında 31-ci yer – Sandro Laqvilava (“Little Hippo”, 87,80 bal).
Rusiya
17 şagird arasında 15-ci yer – Anna Çertkova (“Hippo 3”, 84,21 bal);
53 şagird arasında 15-ci yer – Eva Krits (“Hippo 1”, 91,34 bal);
53 şagird arasında 19-cu yer – Andrey Melaniin (“Hippo 1”, 90,16 bal);
53 şagird arasında 32-ci yer – Lyudmila Dmitriyeva (“Hippo 1”, 88,19 bal);
53 şagird arasında 39-cu yer – Taisiya Zaykina (“Hippo 1”, 86,61 bal);
53 şagird arasında 44-cü yer – Yelizaveta Smelyanskaya (“Hippo 1”, 83,86 bal);
İran
53 şagird arasında 8-ci yer – Arian Əfşari (“Hippo 1”, 92,13 bal).
Qazaxıstan
6 şagird arasında 6-cı yer – Ailana Kimanova (“Hippo S1”, 84 bal);
26 şagird arasında 19-cu yer – Alia Oraz (“Baby Hippo”, 85,37 bal).
Murad Məmmədov
Tətbiqimizi yükləyə bilərsiniz