İsraildən Türkiyəyə ən çox hansı mallar ixrac olunub? – Siyahı


Ötən il İsrailin Türkiyəyə ixracı 10,87 milyon dollar təşkil edib.
Yeniavaz.com
BMT-nin beynəlxalq ticarət məlumat bazasına – COMTRADE-ə istinadən xəbər verir ki, İsraildən Türkiyəyə ixrac olunan məhsullar arasında elektrik, elektron avadanlıqlar ilk sırada yer alıb.
Qeyd edək ki, ümumi ixracın yarıdan çoxu – 5,48 milyon dolları elektrik, elektron avadanlıqlarının payına düşüb.
2025-ci ildə İsraildən Türkiyəyə ixrac edilən məhsulların siyahısı aşağıdakı kimi olub:
Elektrik, elektron avadanlıqlar –  5,48 milyon dollar;
Maşınlar, nüvə reaktorları, qazanlar –  4,60 milyon dollar;
Optik, foto, texniki, tibbi aparatlar –  306 min dollar;
Pambıq, keçə, toxunmamış materiallar, ipliklər, kəndir, ip –  173 min dollar;
Nəqliyyat vasitələri –  101 min dollar;
Plastiklər –  70 min dollar;
Dəmir və polad –  48 min dollar;
Əczaçılıq məhsulları –  48 min dollar;
Dəmir və ya polad məmulatları –  32 min dollar;
Trikotaj və ya əllə toxunmuş geyim əşyaları –  2 min dollar;
Trikotaj və ya əllə toxunmamış geyim əşyaları –  2 min dollar;
Keramika məhsulları –  1 min dollar;
Oyuncaqlar, oyunlar, idman ləvazimatları –  1 min dollar;
İncəsənət əsərləri, kolleksiya və antik əşyalar – 1 min dollar;
Mirvarilər, qiymətli daşlar, metallar, sikkələr  –  1 min dollar;
Növünə görə göstərilməyən mallar –  4 min dollar.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top