8 ay ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 155 şirkət qurulub


Bu ilin ilk 8 ayı ərzində Türkiyədə Azərbaycan sərmayəsi ilə 155 şirkət yaradılıb.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təsis olunan şirkətlərin ümumi sərmayəsi 313 milyon 687 min lirə (6,4 milyon dollar) təşkil edib.
Bu məbləğin 265 milyon 475 min lirəsi (5,4 milyon dollar) isə Azərbaycan sərmayəsinə aiddir.
Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədə Azərbaycan sərmayəsi ilə yaradılan şirkətlərin sayı artıb. Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycan sərmayəsi ilə Türkiyədə 82 şirkət qurulmuşdu.
Məlumat üçün bildirək ki, bu il Türkiyədə Azərbaycan sərmayəsi ilə qurulan şirkətlərin 13-ü səhmdar cəmiyyət (anonim şirkət), 138-i isə Məhdud Məsuliyyətli Cəmiyyət (limited şirkət) olub.
Onu da qeyd edək ki, Azərbaycan bu ilin yanvar-avqust aylarında Türkiyədə ən çox şirkət quran 5-ci ölkə olub. Bu ilin ilk 8 ayında Suriya sərmayəsi ilə Türkiyədə 3 689, İran sərmayəsi ilə 774, Almaniya sərmayəsi ilə 271, Türkmənistan sərmayəsi ilə 168 şirkət qeydiyyata alınıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top