
Məlum olduğu kimi, oktyabrın 5-də Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında Türkiyə bayrağı altında üzən “Royad Məmmədov” adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Yeniavaz.com xəbər verir ki, AZTV-nin hücumla bağlı hazırladığı materialda sözügedən gəminin azərbaycanlı iş adamı Mübariz Mənsimova məxsus olduğu iddia edilir.
Qeyd olunub ki, “Rynda” gəmi məlumatları portalında “Royad Mammadov”un ISM meneceri kimi “Palmali Gemicilik ve Acentelik” şirkəti göstərilir.
“Palmali” şirkətlər qrupunun təsisçisi isə azərbaycanlı iş adamı Mübariz Mənsimovdur.
Daha ətraflı:
Tətbiqimizi yükləyə bilərsiniz