Ermənistan parlamentində əlbəyaxa dava – Video


Ermənistan parlamentində əlbəyaxa dava düşüb.
Yeniavaz.com
erməni KİV-ə istinadla xəbər verir ki, “Vətəndaş Müqaviləsi” partiyasının katibi Vlodya Akopyanla “Güclü Ermənistan” fraksiyasının katibi Tiqran Abrahamyan arasında sözlü mübahisədən sonra hər iki fraksiyanın deputatları Milli Məclisin iclas zalında əlbəyaxa olublar.
Hadisə səbəbindən iclas yarımçıq dayandırılıb.
Bildirilir ki, Akopyanla Abrahamyanın mübahisəsinə səbəb “Güclü Ermənistan” fraksiyasının deputatı Edqar Qazaryanın çıxışında, xüsusilə, parlamentin sədri Ruben Rubinyanı dövlət vəsaitlərindən səmərəsiz istifadə etməkdə ittiham etməsi olub. O, deputatları mükafat olaraq aldıqları 250 min dramı xərcləməməyə çağırıb.
Rubinyan onun çıxışının ortasında mikrofonu söndürüb. Bundan sonra müxalifət və hakim partiyanın deputatları arasındakə mübahisə qızışıb və davaya çevrilib.

DİGƏR XƏBƏRLƏR

Top