
ABŞ Prezidenti Donald Tramp İranla mümkün hərbi münaqişənin ölkəsi üçün ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Yeniavaz.com CBC-yə istinadən xəbər verir ki, Tramp ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının nəticələri barədə danışarkən administrasiyasının siyasətini doğruldacaq böyük qələbə gözlədiyini deyib.
ABŞ liderinin sözlərinə görə, müharibə zamanı yaranacaq iqtisadi itkilər və digər mümkün nəticələr təhlükəsizliyin təmin edilməsi üçün ödəniləcək qiymətdir.
Tramp xüsusilə ABŞ-nin qərb sahilində yerləşən Los-Anceles və San-Dieqo şəhərlərinə mümkün hücumdan danışıb.
“Onlar bir şəhəri məhv edə bilərlər, qoy Los-Ancelesi, qoy San Dieqonu məhv etsinlər. Bu, ödəniləsi çox kiçik bir qiymətdir”, – deyə Tramp bildirib.
O əlavə edib ki, belə itkilər ABŞ-nin qarşıya qoyduğu milli məqsədlərə çatmasına ciddi maneə yaratmaya bilər.
Tətbiqimizi yükləyə bilərsiniz