Bakıda restoranda yanğın olub – Video


Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində restoranda yanğın baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
“Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 140kv.m. olan restoranda baş vermiş yanğın genişlənərək binaya yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində obyektin salon hissəsi 60kv.m. sahədə yanıb. Xəsarət alan olmayıb.
Obyektin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top