Türkiyə Səudiyyə Ərəbistanına hərbçi göndərəcək – Husilərə görə


Yəmən hökumətinin husilərlə müharibəsinin şiddətləndiyi bir dövrdə keçirilən Məkkə İttifaqının oktyabrın 5-də baş tutan ikinci toplantısında Səudiyyə Ərəbistanına hərbi dəstəyin göstərilməsi də daxil olmaqla bir sıra qərarlar qəbul edilib.
Yeniavaz.com
BBC-yə istinadla xəbər verir ki, Ər-Riyadda keçirilən toplantıdan sonra yayılan birgə bəyanata əsasən, kollektiv müdafiə öhdəliyi çərçivəsində Türkiyə və Pakistan hərbçilərinin “sürətli” şəkildə Səudiyyə Ərəbistanına göndərilməsi həyata keçiriləcək.
Bəyanat Pakistan Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
Sənəddə qeyd olunur ki, tərəflər kollektiv müdafiə öhdəliklərinin praktiki olaraq həyata keçirilməsi üçün dərhal hərəkətə keçmək, razılaşdırılmış hərbi qüvvə və imkanları təmin etmək və onların Krallığa sürətli şəkildə göndərilməsini təmin etmək barədə razılığa gəliblər.

DİGƏR XƏBƏRLƏR

Top