
“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Maskın xalis sərvəti bir daha 1 trilyon dolları keçib.
Yeniavaz.com “Forbes” jurnalına istinadla xəbər verir ki, ABŞ fond bazarı açılandan bəri şirkətlərinin səhm qiymətlərinin kəskin artması sahibkarın trilyonçu statusunu bərpa edib.
Maskın xalis sərvəti bazar ertəsi günü fond bazarının son ticarət günü olan cümə günü ilə müqayisədə 30,6 milyard dollar artıb.
Bazar ertəsi günü “SpaceX”in səhmlərində 5%-dən çox, “Tesla”nın səhmlərində isə 1% artım müşahidə olunub.
“Forbes”ə görə, Mask dünyanın ən varlı adamı olaraq qalır. Siyahıda ona ən yaxın olan “Amazon”un qurucusu Jeff Bezosdur ki, onun xalis sərvəti təxminən 371,5 milyard dollar qiymətləndirilir. Bu isə Maskın sərvətindən 600 milyard dollar azdır.
Qeyd edək ki, o bu statusu ilk dəfə 12 iyunda, şirkəti “SpaceX”in səhmlərinin ictimaiyyətə açılmasından sonra əldə edib.
Bu, tarixdə ən böyük IPO olub, lakin cəmi 12 gün sonra səhmlərin qiyməti kəskin şəkildə aşağı düşüb.
Tətbiqimizi yükləyə bilərsiniz