Nadir “Mersedes” modeli 2 milyon dollara satıldı


1957-ci il istehsalı olan nadir “Mercedes-Benz 300 SL Roadster” avtomobili “The Quail Auction” hərrac evində 2,04 milyon dollara satılıb.
Yeniavaz.com
“Motorious” portalına istinadla xəbər verir ki, Bill və Linda Feldhorn kolleksiyasına məxsus olan bu avtomobilin əsas xüsusiyyəti qeyri-adi zavod boyası olan  “Light Green Metallic” boyası olub.
Zavodda ilk dəfə bu rəngdə 15 ədəd “Mercedes-Benz 300 SL Roadster” istehsal olunub.
Yaşıl dəri interyeri ilə avtomobil, model üçün nadir olan orijinal 1950-ci illərin rəng kombinasiyasını qoruyub saxlayır.
Avtomobilin tarixi həmçinin Amerika avtomobil yarışları ilə bağlıdır.
Bir müddət o, “Camoradi USA” yarış komandasının qurucusu Laki Kasnerə məxsus olub. Avtomobil daha sonra 1966-cı ildən 2007-ci ilə qədər eyni ailədə 41 il qalıb.
“Mercedes-Benz 300 SL” sonradan tam bərpa işlərinə məruz qalıb. Bərpa tanınmış “Mercedes-Benz” mütəxəssisi Rudi Koniçek tərəfindən həyata keçirilib.
Bərpa işlərindən sonra avtomobil “The Quail, A Motorsports Gathering” və illik “Gull Wing Group” konvensiyası da daxil olmaqla bir neçə avtomobil yarışlarında mükafat qazanıb.
Avtomobil həmçinin “Hampton Court Palace Concours d'Elegance” yarışında da iştirak edib.
Bərpa edildikdən sonra ona müntəzəm olaraq klassik “Mercedes-Benz” mütəxəssisləri tərəfindən texniki xidmət göstərilib və avtomobil özü təxminən 1000 mil məsafə qət edən bir neçə tarixi avtomobil rallisində iştirak edib.
“Mercedes-Benz” məlumat cədvəlinə əsasən, avtomobil original şassi, mühərrik, kuzov, transmissiya, sükan çarxları, arxa ox və sükan ötürücü nömrələrinə malikdir.
“Mercedes-Benz 300 SL Roadster” 1957-ci ildə məşhur olan “300 SL Gullwing”in kabriolet versiyası kimi debüt edib. Avtomobil 3,0 litrlik altı silindrli mühərriklə təchiz olunub.
Nadir zavod rəngi, orijinal hissələr, yarış tarix avtomobilin hərracda yeddi rəqəmli qiymətə satılmasına kömək edib.

DİGƏR XƏBƏRLƏR

Top