İranda daha iki etirazçı edam edildi


İranda bu ilin yanvar ayında kütləvi etirazlar zamanı dörd polis məmurunun ölümündə ittiham edilən iki etirazçı edam edilb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İran məhkəmə sistemi ilə əlaqəli olan “Mizan” xəbər agentliyi məlumat yayıb. 
Agentliyin məlumatına görə, Əlirza Sepahi və Əlirza Raees “silahlı üsyançı qrupa üzvlük, odlu silah gəzdirmək, odlu silahdan istifadə etmək, müharibə və qətlə təhrik etmək, ölkənin təhlükəsizliyinə qarşı sui-qəsd törətmək” ittihamları ilə edam cəzasına məhkum ediliblər.
Agentlik əlavə edib ki, Ali Məhkəmə onların hökmlərini qüvvədə saxlayıb və onlar bazar ertəsi səhəri edam olunublar.
Qeyd edək ki, İranda etirazlar 2025-ci ilin dekabrında başlayıb və 2026-cı ilin yanvarına qədər davam edib.

DİGƏR XƏBƏRLƏR

Top