
ABŞ Prezidenti Donald Tramp Superintellekt Qüvvələrinin (Super Intelligence Force, SIF) yaradıldığını elan edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
Dövlət başçısı bunun Ağ Evdə imzalanan tarixi müqavilə ilə başladığını bildirib.
Onun sözlərinə görə, bu müqavilədə dünyanın ən vacib texnologiya şirkətləri Amerika xalqına qarşı öhdəliklərini bir daha təsdiq ediblər.
Siyasətçi bildirib ki, SIF administrasiyanın istehlakçılar, ictimai maraq qrupları, dini təşkilatlar, vacib infrastruktur təminatçıları və süni intellekt şirkətləri ilə qarşılıqlı əlaqələrini əlaqələndirəcək.
Tramp bildirib ki, Superintellekt Qüvvələrinə Milli Kəşfiyyat İdarəsinin direktoru Cey Kleyton, Federal Ticarət Komissiyasının sədri Endryu Ferqyuson, tədqiqat və mühəndislik üzrə müharibə nazirinin müavini və baş texnologiya direktoru Emil Maykl və İnsan Resursları İdarəsinin direktoru Skott Kupor rəhbərlik edəcək.
Qeyd edək ki, sentyabrın sonunda ABŞ Prezidenti Donald Tramp federal idarələrə sənədlərində “süni intellekt” terminini “superintellekt” termini ilə əvəz etməyi əmr etmiş, həmçinin, yeni termin üçün təkliflərin 60 gün ərzində hazırlanmasını tapşırmışdı.
Tətbiqimizi yükləyə bilərsiniz