Tramp Braziliyanı Hindistanla səhv saldı


ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə səhifəsindəki seçkilərlə bağlı paylaşımında Braziliyanı Hindistanla səhv salıb.
Yeniavaz.com
xəbər verir ki, Amerika lideri paylaşımında Hindistanda keçirilən prezident seçkilərinin birinci turunda 125 milyon insanın səs verdiyini və nəticələrin eyni gün açıqlandığını bildirib.
Belə ki, bazar günü Hindistanda seçkilər keçirilməyib. Trampın qeyd etdiyi seçici fəallığı ilə bağlı rəqəmlər Braziliyadakı prezident seçkilərinin birinci turunun nəticələri ilə üst-üstə düşür.
Orada səsvermə yerli vaxtla saat 17:00-da başa çatdı və nəticələr səsvermə məntəqələri bağlandıqdan dərhal sonra dərc olunmağa başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top