İspaniya Baş naziri parlamenti buraxdı – Növbədənkənar seçkilər olacaq


İspaniyanın Baş naziri Pedro Sançes mənzil şəraiti ilə bağlı etirazlar dalğası fonunda parlamenti buraxdığını və növbədənkənar seçkilər təyin etdiyini bildirib.
Yeniavaz.com
“20 minutos”a istinadla xəbər verir ki, siyasətçi bu barədə mətbuat konfransında qeyd edib.
Məlumata görə, İspaniya Baş naziri krallıq qanunlarına uyğun olaraq seçkiləri noyabrın 29-na təyin edib.
Onun sözlərinə görə, yeni islahatları həyata keçirmək üçün İspaniya hökuməti xalqın dəstəyini yeniləməli və genişləndirməli, parlamentdə daha geniş mütərəqqi əksəriyyətin formalaşmasına nail olmalıdır.
Qeyd edək ki, İspaniyada parlament seçkiləri 2027-ci ildə keçirilməli idi.

DİGƏR XƏBƏRLƏR

Top