Paşinyan MTX-nin direktor müavinini vəzifəsindən azad etdi


Ermənistanın Baş naziri Nikol Paşinyanın qərarı ilə David Sanamyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) direktor müavini vəzifəsindən azad edilib.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən xəbər verir ki, David Sanamyan bu vəzifəyə 2025-ci ilin avqustunda təyin edilib.
Bildirilir ki, Sanamyanın əsas məsuliyyət sahəsi MTX Sərhəd Mühafizəsi qoşunlarının koordinasiyası və nəzarəti olub.
Qərarda Sanamyanın vəzifədən azad edilməsinin səbəbi göstərilməsə də, Ermənistan mətbuatı onun vəzifədən azad edilməsini ötən günlərdə Sünik vilayətinin Şəki kəndində Azərbaycanlı hərbçinin iştirakı ilə baş verən insidentlə əlaqəli ola biləcəyini yazır.

DİGƏR XƏBƏRLƏR

Top