
Hökməli-Qobu-Güzdək avtomobil yolundakı acınacaqlı vəziyyəti əks etdirən kadrlar sosial mediada yayılıb.
Yeniavaz.com xəbər verir ki, kadrlarda yola atılan tikinti tullantıları görünür.
Görüntülərdə, həmçinin mövcud vəziyyətin yolda hərəkəti çətinləşdirməsi də əks olunub.
“Biabırçı vəziyyətdir. Bakının mərkəzindən bura nə qədər yoldur ki? Niyə aidiyyəti qurumlar buna bir əncam çəkmir? Neçə illərdir yol bu gündədir, camaat əziyyət çəkir”, - kadrları lentə alan paytaxt sakini bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz