Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi – Yenilənib + Fotolar


Bakıda, Milli Gimnastika Arenasında oktyabrın 5-də cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib.

***

Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhməd Yusifovla görüşüb.
Qazandığı böyük qələbə münasibətilə idmançımızı təbrik edən Prezident İlham Əliyev deyib:
- Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.
Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan.
Əhməd Yusifov: Çox sağ olun. Minnətdaram.

X X X

Cüdo üzrə dünya çempionatının açılış mərasimi Azərbaycanda idmanın inkişafı ilə bağlı videoçarxın nümayişi ilə başlayıb.
Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaqdan böyük şərəf hissi duyduğunu deyib, respublikamızda idmana, o cümlədən cüdonun inkişafına göstərilən diqqətdən danışıb, Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin bu sahəyə göstərdiyi daimi dəstəyi qeyd edib.
“İdmançıları təşəbbüslərin, enerjinin, yeni texnologiyaların və davamlı inkişafın, həmçinin idman, mədəniyyət və ənənələr diyarı olan Azərbaycanda salamlayıram”, - deyən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer bütün idman növlərinə və tədbirlərinə, o cümlədən bu dünya çempionatına göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Hökumətinə təşəkkürünü bildirib. O, son illərdəki böyük nailiyyətlərinə görə Azərbaycan Cüdo Federasiyasını və qalibləri təbrik edib.
Tədbir bədii hissə ilə davam edib.
Sonra Azərbaycanın Dövlət Himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, oktyabrın 4-də start götürən cüdo üzrə dünya çempionatına ayın 11-də yekun vurulacaq. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.

***16:51 
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir.
Yeniavaz.com
xəbər verir ki, Prezident İlham Əliyev mərasimi izləyir.






















DİGƏR XƏBƏRLƏR

Top