
İspaniya La Liqasında futbolçuların bazar dəyərləri yenilənib.
Yeniavaz.com xəbər verir ki, “Real Madrid”in və Türkiyə millisinin ulduzu Arda Gülər yeni bazar dəyəri ilə rekord qırıb.
Belə ki, “Transfermarkt” portalının son yeniləməsinə əsasən, Arda Gülərin bazar dəyəri 10 milyon avro artıb və 100 milyon avro təşkil edib.
Bununla da o, tarixdə bazar dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub.
La Liqada “Getafe”nin formasını geyinən digər türk futbolçu Ənəs Ünalın bazar dəyəri isə dəyişməyib və 7 milyon avro səviyyəsində qalıb.
Tətbiqimizi yükləyə bilərsiniz