
Azərbaycanda daha 2 şirkət – “Create İndustry” MMC (VÖEN – 1504431421) və “SPC” MMC (VÖEN – 2904001281) etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, etibarsız təchizatçıların reyestrinə daxil edilən bu şirkətlərlə bağlı sövdələşmə halı qeydə alınıb.
Qeyd edək ki, bu şirkətlər 5 ay müddətində – 30.09.2026-cı ildən 24.02.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, hər iki şirkət müxtəlif dövlət qurumlarına xüsusi hərbi geyim və ləvazimatlar, həmçinin iş geyimləri satıblar.
“Create Industry” MMC 2019-cu ildə vergi qeydiyyatına alınıb. Qanuni təmsilçisi Bəkirov Elvin Nəsrəddin oğlu olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi, ev 14, mənzil 49-da yerləşir.
“SPC” MMC isə 2016-cı ildə vergi qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, Bulvar küçəsi, ev 61A-da yerləşir. Qanuni təmsilçisi Bədəlov Anar Məmməd oğlu olan “SPC” MMC-nin hazırda dövlət büdcəsinə 47 min 657 manat 49 qəpik vergi borcu var.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz