Kaliforniyanın ABŞ-dan ayrılmasını istyənlər Rusiyada “səfirlik” açırlar

Kaliforniya ştatının ABŞ-dan ayrılmasının lehinə çıxış edən “Yes California” hərəkatının tərəfdarları Rusiyada ştatın “səfirliyini” açmağı planlaşdırır. “Yeniavaz.az”ın TASS-a istinadən verdiyi məlumata görə, hərəkatın lideru Luis Marinellinin sözlərinə əsasən, həmin nümayəndəlik diplomatik funksiyanı yerinə yetirməyəcək: “Səfirliyin” əsas missiyası Rusiya vətəndaşlarına Kaliforniyanın tarixi və mədəniyyəti barədə məlumat verməkdir”. Hərəkat digər ölkələrdə də belə mərkəzlər açmağı planlaşdırır. L. Marinelli düşünür ki, “səfirlik” şəbəkəsi Kaliforniyanın müstəqillik yolunda kömək edəcək.

DİGƏR XƏBƏRLƏR

Top