ABŞ-də təhsil alan əcnəbi tələbələrin ölkələr üzrə sayı açıqlandı – Siyahı


2024/25-ci tədris ilində ABŞ-nin kollec və universitetlərində 1,18 milyon beynəlxalq tələbə təhsil alıb.
Yeniavaz.com
xəbər verir ki, bu məlumat Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education – IIE) “Open Doors 2025” hesabatında yer alıb.
Bildirilir ki, bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 5 faiz artım və rekord göstərici deməkdir.
Beynəlxalq tələbələrin ölkələr üzrə bölgüsündə ilk sırada Hindistan qərarlaşıb. 2024/25-ci illərdə ABŞ-də 363 min 19 hindistanlı tələbə təhsil alıb. Bu, bütün beynəlxalq tələbələrin 30,82 faizini təşkil edib.
İkinci yerdə Çindir. Çindən ABŞ-yə gedən tələbələrin sayı 265 min 919 nəfər olub.
ABŞ-yə ən çox tələbə göndərən 10 ölkə aşağıdakı kimi olub:
Hindistan – 363 019 nəfər;
Çin – 265 919 nəfər;
Cənubi Koreya – 42 293 nəfər;
Kanada – 29 903 nəfər;
Vyetnam – 25 584 nəfər;
Nepal – 24 890 nəfər;
Tayvan – 23 263 nəfər;
Nigeriya – 21 847 nəfər;
Banqladeş – 20 156 nəfər;
Braziliya – 17 277 nəfər.


Məlumata görə, bu ölkələr arasında tələbə sayında ən böyük artımlardan biri Nepalda qeydə alınıb. ABŞ-də nepallı tələbələrin sayı bir il ərzində 48,7 faiz artıb.
Qeyd edək ki, 2024/25-ci tədris ilində ABŞ-də azərbaycanlı tələbələrin sayı 1 329 nəfər olub. Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 17,6 faiz çoxdur.
ABŞ-də təhsil alan keçmiş SSRİ və qonşu ölkə vətəndaşlarının sayı və son bir ildəki artım aşağıdakı kimi olub:
İran – 12 656 nəfər (Son bir ildə 1,8% artıb)
Türkiyə – 9 413 nəfər (2,9% artıb)
Rusiya – 4 948 nəfər (2,4% azalıb)
Qazaxıstan – 3 102 nəfər (14,4% artıb)
Ukrayna – 2 346 nəfər (7,5% artıb)
Qırğızıstan – 1 386 nəfər (41,9% artıb)
Azərbaycan – 1 329 nəfər (17,6% artıb)
Özbəkistan – 1 310 nəfər (7,5% artıb)
Gürcüstan – 1 040 nəfər (4,9% artıb)
Ermənistan – 525 nəfər (5,6% artıb)
Türkmənistan – 447 nəfər (17,6% artıb)
Belarus – 411 nəfər (5,7% artıb)
Litva – 343 nəfər (6,5% artıb)
Latviya – 271 nəfər (3,4% artıb)
Tacikistan – 234 nəfər (18,2% artıb)
Estoniya – 208 nəfər (6,7% artıb)
Moldova – 154 nəfər (dəyişməyib)


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top