“İran heç vaxt, heç vaxt, heç vaxt nüvə silahına sahib olmayacaq”


ABŞ müdafiə naziri Pit Heqset bildirib ki, ABŞ-nin Hörmüz boğazına tətbiq etdiyi blokada qüvvədə qalır və İran boğazla bağlı “oyun oynamağa” davam edərsə, Prezident Donald Trampın bütün zəruri fəaliyyət variantları var.
Yeniavaz.com
xəbər verir ki, b barədə “Associated Press” məlumat yayıb.
“İran Hörmüz boğazı ilə bağlı oyun oynamaq istəyir. Onlar boğaza nəzarət etmir, biz nəzarət edirik”, – Heqset şənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, blokada səbəbindən boğazdan demək olar ki, heç nə keçmir:
“Eyni zamanda ABŞ qüvvələri hər gecə gəmilərin hərəkətini demək olar ki, müharibədən əvvəlki səviyyədə təmin etməyə davam edir. Vaşinqton öz mövqeyini çox güclü hesab edir və İranı düzgün seçim etməyə çağırır. Əks halda, Trampın qarşısında bütün zəruri fəaliyyət variantları var.
Prezident bu hadisələrin lüzumsuz şəkildə uzanmasına imkan verməyəcək. O, problemin nədən ibarət olduğunu başa düşür və müvafiq əmr aldıqda bunu həyata keçirə bilərik”.
Heqset həmçinin bildirib ki, Tramp İranın nüvə silahına sahib olmasına imkan vermək niyyətində deyil:
“İran heç vaxt, heç vaxt, heç vaxt nüvə silahına sahib olmayacaq. Prezident Tramp bunun baş verməməsini təmin etməkdə qətiyyətlidir”.

DİGƏR XƏBƏRLƏR

Top