
“Can Azərbaycanın və Prezident cənab Əliyevin (Prezident İlham Əliyev) ünvanına yönələn məsuliyyətsiz, haqsız və düşünülməmiş hücumları şiddətlə qınayıram”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç sosial media hesabında yazıb.
“İki dövlət arasında soyuqluq yaratmağın kimə xidmət etdiyini bilirsinizmi? Əvvəlcə bunu unutmayın: Azərbaycan müstəqil və suveren dövlətdir. Azərbaycanın daxili işlərinə və xarici siyasətinə qarışmaq heç kimin haqqı deyil və heç kimin buna həddi çatmaz. Bəyənirsiniz, bəyənmirsiniz – səsinizi kəsin və oturun.
Biz bir ailəyik. Azərbaycana hücum ailəyə edilən hücumdur”, - Kılıç bildirib.
O, Azərbaycan və Türkiyənin ortaq maraqlarına misallar çəkərək çağırış edib:
“Ağaca baxarkən meşəni görməməzlikdən gəlməsin. Heç kim bizi sevməyənlərin dəyirmanına su aparmasın.
Müstəqil və suveren can Azərbaycanın daxili işlərinə və digər ölkələrlə apardığı münasibətlərə qarışmaq heç kimin nə haqqıdır, nə də həddinədir”.
Tətbiqimizi yükləyə bilərsiniz