Türkiyədə ardıcıl 3 zəlzələ baş verdi


Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) rəsmi saytında məlumat dərc olunub.
Məlumata görə, zəlzələ yerin 7,99 kilometr dərinliyində meydana gəlib.
Bu zəlzələdən 17 dəqiqə sonra Saimbeyli rayonunda 4,9 bal gücündə daha bir zəlzələ baş verib.
Bu zəlzələnin isə yerin 8,67 kilometr dərinliyində baş verdiyi açıqlanıb.
Daha sonra isə qonşu Osmaniye vilayətinin Sumbas rayonunda 5,2 bal gücündə üçüncü zəlzələ meydana gəlib.
AFAD Sumbas rayonunda baş verən zəlzələnin yerin 7 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top