
Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi TRIPP marşrutunu (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) Gürcüstandan keçən nəqliyyat yollarının rəqibi hesab etmir.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “İmedi” telekanalının “Açıq efir” proqramında danışıb.
Kobaxidzenin sözlərinə görə, yeni marşrut, əksinə, yükdaşımaların artması fonunda Orta Dəhlizi tamamlaya bilər:
“TRIPP bizim marşrutumuzun rəqibi deyil. Orta Dəhlizdə bu gün müşahidə olunan tendensiyaları nəzərə alsaq, əslində tamamlayıcı rol oynayacaq”.
Baş nazir bildirib ki, 2020-ci ildən etibarən Orta Dəhliz üzrə yük dövriyyəsi 7 dəfə artıb. Onun sözlərinə görə, bu da nəqliyyat marşrutlarının şaxələndirilməsinə obyektiv ehtiyac yaradıb:
“Biz hesab etmirik ki, TRIPP marşrutu və ya hər hansı digər marşrut Gürcüstandan keçən ənənəvi marşrutlar üçün ciddi problem yarada bilər”.
Tətbiqimizi yükləyə bilərsiniz