Latviyada seçkilərin nəticələri bəlli oldu


Latviyada 3 oktyabr şənbə günü keçirilən parlament seçkilərində hazırkı Baş nazir Andris Kullberqsin “Birləşmiş Siyahı” bloku qələbə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, son səs sayımına görə (səslərin 90%-dən çoxu sayılıb), onun bloku 35%-dən çox səs toplayıb.
Bu o deməkdir ki, sözügedən blok Seymdəki 100 yerdən təxminən 42-sinə sahib olacaq.
Lakin Kullberqsin koalisiya tərəfdaşları Seymin hazırkı tərkibindən daha az yer qazanacaqlar: sağçı “Milli Birlik”in 11, mərkəz-sağçı “Yeni Birlik”in isə yeddi yerə sahib olacağı gözlənilir.
Kullberqs bildirib ki, yeni kabinet qurmağa hazırdır və əvvəlcə bu partiyalarla danışıqlar aparacaq.
Digər tərəfdən, Seymə daha üç partiya daxil olur: populist “Latviya Birincisi” partiyası ikinci yeri tutub (ilkin məlumatlara görə, 17 yer). Üçüncü isə “Suveren Hökumət - Gənc Latviyalılar” (14 yer) bloku olub.
Qeyd edək ki, Andris Kullberqs bu ilin may ayında baş nazir vəzifəsinin icrasınə başlayıb və son aylarda onun populyarlığı artıb. Həm “Birləşmiş Siyahı”, həm də hakim koalisiyadakı digər partiyalar Ukraynaya dəstəyi və Rusiyaya qarşı sərt mövqe tutmağı müdafiə edirlər.

DİGƏR XƏBƏRLƏR

Top