
Rusiya Ukraynanın paytaxtı Kiyevdə Şimal körpüsünə dronla zərbə endirib.
Yeniavaz.com ölkə mətbuatına istinadla xəbər verir ki, hücumdan sonra körpüdə nəqliyyatın hərəkəti dayandırılıb və paytaxtda ciddi tıxaclar yaranıb.
Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, zərbə körpünün yol örtüyünə və trolleybus xətlərinə ziyan vurub.
Qeyd olunub ki, hadisə zamanı iki nəfər yaralanıb.
Sosial mediada hadisə anının kadrları yayılıb.
Tətbiqimizi yükləyə bilərsiniz