
“Ermənistanın hazırkı rəhbərliyinin seçdiyi xarici siyasət kursu ölkəyə müsbət nəticələr gətirməyəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İran İslam Respublikasının Dövlət Televiziya və Radio Şirkətinə müsahibəsi zamanı deyib.
O bildirib ki, Ermənistan üçün ən təhlükəli ssenari ölkənin “yeni Ukraynaya” çevrilməsi ola bilər.
“Ermənistanın hazırkı rəhbərliyi inkişaf istiqamətini dəyişməyi düzgün hesab edib. Əminəm ki, bu da heç bir yaxşı nəticəyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən dəhşətli şey onun yeni Ukraynaya çevrilməsidir”, – Medvedev qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz