Yağış, leysan, qar… – Faktiki hava


Oktyabrın 3-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.
Yenavaz.com
xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumata görə, oktyabrın 3-ü saat 16:00-a olan məlumata əsasən, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar leysan xarakterlidir.
Bakıda və Abşeron yarımadasında, Xaçmaz, Quba, Qusar, Sarıbaş (Qax), Oğuz, Xaltan, Şabran, Xızı, Qəbələ, İsmayıllı, Qobustan, Zaqatala, Şamaxı, Şəki, Daşkəsən, Göygöl, Ağdam, Gəncə, Şəmkir, Tərtər, Tovuz, Goranboy, Yardımlı, Lerik, Lənkəran, Astara, Naxçıvan, Şərur, Ordubad, Şahbuz, Yevlax, Kürdəmir, Göyçay, Sabirabad, Mingəçevir, İmişli, Bərdə, Beyləqan, Neftçala, Zərdab, Naftalanda arabir yağış, Xınalıq, Qrız, Şahdağ və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağır.

DİGƏR XƏBƏRLƏR

Top