Britaniyalıların 49%-i Aİ-yə qayıtmaq istəyir – Sorğu


“The Messina Group” (TMG) tərəfindən aparılan yeni sorğuya görə, Böyük Britaniya sakinlərinin təxminən yarısı ölkənin Avropa İttifaqına qayıtmasını dəstəkləyir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Məlumata görə, araşdırma Baş nazir Endi Börnemin hökumətin Aİ ilə gələcək münasibətləri üçün bütün variantları, o cümlədən Aİ-yə tam qayıtmaq variantını nəzərdən keçirəcəyini açıqlaması fonunda baş tutub.
Sorğuya əsasən, respondentlərin 49%-i Böyük Britaniyanın Aİ-yə qayıtmasını dəstəkləyir, 28,5%-i isə əleyhinədir. Digərləri isə bitərəf qalıb.
Sorğu 12-24 sentyabr tarixlərində 11 min 461 nəfər arasında aparılıb.
Digər tərəfdən, 48,2% ticarət maneələrini mümkün qədər azaltmaqla Aİ ilə mövcud münasibətlərin qorunmasını, 47,1% isə Böyük Britaniyanın Gömrük İttifaqına qayıtmasını dəstəkləyib.
Vahid bazara qoşulmağı 45,1%, Aİ-nin assosiativ üzvü olmağa yisə 45,5% səs verib.
Qeyd edək ki, Börnem “Leyborist” Partiyasının konfransında bildirib ki, Böyük Britaniya Aİ ilə uzunmüddətli münasibətlərini yenidən nəzərdən keçirməlidir. Daha sonra o, Aİ-yə tam qayıtmağın nəzərdən keçirilən variantlar arasında ola biləcəyini qeyd edib. Lakin Britaniyanın Baş naziri dərhal yeni referendum keçirilməsini təklif etməyib.
Sorğu həmçinin britaniyalıların Brexit-ə münasibətində də dəyişiklik olduğunu ortaya qoyub: respondentlərin 52,4%-i Aİ-dən çıxmaq qərarının səhv, 29,7%-i isə bunun doğru olduğuna inanır. 54,9%-i Brexit-i uğursuzluq, 12,2%-i isə uğur adlandırıb.
TMG ayrıca olaraq müxtəlif Aİ yaxınlaşma ssenarilərinin “Leyboristlər” Partiyasına dəstəyə necə təsir edə biləcəyini sınaqdan keçirib. Tədqiqatçıların modelləşdirməsinə görə, Aİ ilə daha sıx əlaqələri əhatə edən ssenarilərdə leyboristlərin səs payı 4,3 faizdən 7,4 faizə qədər arta bilər.
Bununla yanaşı, hökumət daxilində bəzi siyasi qruplar Brexit məsələsinin yenidən canlandırılmasının siyasi fikir ayrılıqlarını bir daha şiddətləndirəcəyini bildrirlər. Bu baxımdan, Aİ-dən çıxmağa səs verən seçiciləri təmsil edən bəzi nazirlər Börnemi ehtiyatlı olmağa çağırırlar.

DİGƏR XƏBƏRLƏR

Top