Təyyarədə terror aktı törətməyə cəhd edən “Flydubai” pilotunun kimliyi məlum oldu – KİV


CNN telekanalı istintaqla tanış olan bir neçə mənbəyə istinadla İsrail sərnişinlərini daşıyan “Flydubai” təyyarəsində terror aktı törətməyə cəhd edən ikinci pilotun kimliyini müəyyən edib.
Yeniavaz.com
xəbər verir ki, telekanal onun 29 yaşlı Oman vətəndaşı Hamam əl Hammani olduğunu bildirib.
Telekanalın məlumatına görə, əl-Hammaninin silinmiş “LinkedIn” profilində onun 2025-ci ilin fevral ayına qədər təxminən yeddi il “Oman Air” şirkətində işlədiyi göstərilir.
Həmin ilin iyun ayında o, Mərakeşin “Royal Air Maroc” aviaşirkətinə keçib və 2026-cı ilin yanvar ayında oradan ayrılıb.
Profildə “Flydubai”dan heç bir söz deyilməsə də, vəziyyətlə tanış olan mənbə CNN-ə səhifənin ona məxsus olduğunu təsdiq edib.
Profilinə görə, əl-Hammani həmçinin Böyük Britaniyadakı “Buckinghamshire New University” Universitetində təhsil alıb.
Universitetin mətbuat katibi CNN-ə bildirib ki, o, üç il distant şəkildə aviasiya idarəetməsi üzrə təhsil alıb və 2023-cü ildə dərəcə alıb.
Hadisədən sonra onun “X” və “İnstaqram” hesabları silinib.
CNN-in məlumatına görə, hücum cəhdindən sonra “İnstaqram”da iki video yayılıb. Onlardan birində İsrail təyyarələrinin digər təyyarələrin kabinəsindən çəkilmiş görüntüləri yer alıb. Videonun sonunda keçmiş Əl-Qaidə lideri Ayman əl-Zəvahiri və 2009-cu ildə Əfqanıstanda Mərkəzi Kəşfiyyat İdarəsinin bazasına ölümcül hücum həyata keçirən İordaniyalı ikiqat agent Humam Xəlil Əbu Mulal əl-Bələvinin fotoşəkilləri yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top