80 yaşı var, 40 il də yaşamaq istəyir...


Braziliya Prezidenti, 80 yaşlı Luiz İnasio cseçkiqabağı mitinqdə 120 yaşına qədər yaşamağı planlaşdırdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, Rio-de-Janeyroda çıxış edən prezident 120 yaşına qədər yaşamaq və ölkənin siyasi həyatında iştirak etmək niyyətində olduğunu qeyd edib.
O, nikbin proqnozunda bölüşməklə yanaşı, tərəfdarlarını 70 yaşdan yuxarı vətəndaşları seçki məntəqələrinə getməyə təşviq etməyə çağırıb.
Belə ki, Braziliyada 70 yaşdan yuxarı vətəndaşlara səs vermək məcburi yox, könüllüdür.
Qeyd edək ki, 4 oktyabrda keçiriləcək seçkilər Braziliya üçün tarixi ola bilər. Belə ki, hakim pariya qalib gəlsə, Lula da Silva dördüncü dəfə prezidentliyə namizədliyini irəli sürəcək.
Həmçinin, sorğular gərgin yarışın olacağını göstərir. Birinci turda Lula da Silva əsas rəqibi Flavio Bolsonaroya qarşı 36% səslə 40% səs toplaya bilər. Namizədlər arasındakı fərq ikinci turda minimuma endirilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top