
Macarıstanın keçmiş Baş naziri Viktor Orbana qarşı cinayət işi qaldırıla bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, səbəb onun mart ayında Ukraynaya valyuta və qızıl daşıyan “Oschadbank” inkassatorlarının saxlanılmasının planlaşdırılmasında iştirakı ola bilər.
Məqalədə deyilir ki, martın 6-da Macarıstan Milli Vergi və Gömrük İdarəsi çirkli pulların yuyulmasında şübhəli bilinən yeddi Ukrayna vətəndaşını saxlayıb. Onların arasında Ukrayna xüsusi xidmət orqanlarının keçmiş generalı da olub. O, Avstriyadan 40 milyon dollar, 35 milyon avro və doqquz kiloqram qızıl daşımaqda məsul olub. Saxlanılanlar həmin gün Ukraynaya deportasiya ediliblər.
Macarıstanın Baş naziri Peter Madyar daha sonra daxili araşdırma aparılmasını əmr edib. O, bu işdə Orbanın və Antiterror Mərkəzinin keçmiş rəhbəri Yanoş Haydunun rollarının araşdırılmasını tələb edib.
“Financial Times” qəzeti prokurorun hesabatını nəzərdən keçirdiyini bildirir və hesabatda Haydunun onu həbs etmək qərarının Orban tərəfindən verildiyini deyir.
“Telex” nəşri yazıb ki, Orban bunu Rusiya neftinin “Drujba” boru kəməri ilə tədarükünün dayandırılmasına cavab olaraq edib və mənbələrə görə, bu, tranzit gecikməsinə görə siyasi qisas olub.
Tətbiqimizi yükləyə bilərsiniz