
ABŞ Prezidenti Donald Tramp noyabr ayında Filippində keçiriləcək Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammitində iştirak etməyi planlaşdırır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The South China Morning Post” (SCMP) qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşrin mənbələrinə görə, bu səfər Vaşinqton və Pekinin regionda təsir uğrunda rəqabəti fonunda baş tutacaq.
Qəzetin mənbələrinə görə, Ağ Ev Trampın əvvəlcə sammit üçün Manilaya gələcəyi və ertəsi gün Filippin Prezidenti kiçik Ferdinand Markosla ikitərəfli danışıqlar aparacağı planını müzakirə edir.
Nəşrin mənbələrindən biri bildirib ki, Filippin də daxil olmaqla, Cənub-Şərqi Asiya ölkələri Amerika liderini sammitdə iştirak etməyə çağırırlar və ümid edirlər ki, onun iştirakı Vaşinqtonun regiona davamlı dəstəyini və onunla əməkdaşlıq etmək istəyini nümayiş etdirəcək.
ABŞ Prezidenti Donald Trampın həmçinin, noyabr ayında Çin Prezidenti Si Cinpinlə görüşünün planlaşdırıldığı Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək üçün Şençjen şəhərinə səfər etməsi gözlənilir.
Danışıqlarla tanış olan mənbənin sözlərinə görə, ABŞ Prezidentinin Asiya turnesində Melaniya Trampın da iştirakı müzakirə olunur.
Başqa bir mənbə isə qəzetə bildirib ki, Vaşinqton səfəri Çinə səfərdən çox Asiyaya səfər kimi təqdim etmək üçün Şençjendən əlavə Manilada da dayanmağı düşünür.
Tətbiqimizi yükləyə bilərsiniz