
Məşhur ekstrasens və teleaparıcı Anatoli Kaşpirovski 87 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə teleaparıcı Andrey Malaxov “Telegram” kanalında məlumat verib.
“Anatoli Mixayloviç Kaşpirovski artıq aramızda deyil!”, - o, qeyd edib.
“Life” və “Shot” teleqram kanallarının məlumatına görə, onun ölümünə səbəb kəskin ürək çatışmazlığı olub.
Qohumları əfsanəvi ekstrasens üçün təcili yardım çağırıblar, lakin onu xilas etmək mümkün olmayıb. “Shot” əlavə edir ki, o, səhər Moskva vaxtı ilə saat 6:40-da (Bakı vaxtı ilə saat 7:40) evdə ölüb
Qeyd edək ki, Anatoli Kaşpirovskinin 87 yaşı var idi. O, 1980-ci illərin sonlarında kütləvi teleşəfa seansları sayəsində şöhrət qazanıb. Ekstrasensin metodları dəfələrlə şübhə altına alınıb. 2006-cı ildə Çelyabinskdə Kaşpirovski qanunsuz olaraq ənənəvi tibblə məşğul olmaqda ittiham olunub və məsuliyyətə cəlb edilib.
2024-cü ildə isə o, kütləvi seanslarını yenidən bərpa edib və öz brendinin məhsullarını satmağa başlayıb.
Tətbiqimizi yükləyə bilərsiniz