Hava şəraiti ilə bağlı sərnişinlərə – Müraciət


Azərbaycan Dəmir Yolları QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraiti ilə əlaqədar müvafiq tədbirlər görür.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ADY-dən məlumat verilib.
Məlumata görə, hazırda əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir, qatarlar hərəkətini qrafik üzrə davam etdirir.
ADY bu cür havada görmə məsafəsinin məhdudlaşa və yer səthinin sürüşkən ola biləcəyini nəzərə alaraq, sərnişinləri platformalarda hərəkət edərkən və dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top