Bu gün “Turan Tovuz” “Fənərbağça” ilə qarşılaşacaq


“Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə yoldaşlıq oyununda qarşılaşacaq.
Yeniavaz.com
xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Matç saat 20:00-da start götürəcək. Oyunu baş hakim Rəvan Həmzəzadə idarə edəcək.
Oyunda milli komandalara dəvət alan futbolçular iştirak etməyəcəklər.
Qeyd edək ki, “Turan Tovuz” “Fənərbağça” ilə ilk dəfə 1994-cü ildə qarşılaşıb. Oyun UEFA kuboku yarışı çərçivəsində baş tutub.
İlk oyun İstanbulda, cavab oyunu Sumqayıtda keçirilib. İstanbul komandası hər iki matçda qalib gəlib - 5:0, 2:0.

DİGƏR XƏBƏRLƏR

Top