
Birləşmə başa çatdıqdan sonra “Paramount” və “Warner Bros. Discovery” (WBD) şirkətlərinin birləşmiş qurumu “Skydance” adlandırılacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Paramount Skydance”ın baş direktoru Devid Ellison “X” sosial şəbəkə səhifəsində məlumat yayıb.
Onun sözlərinə görə, bu ad “Paramount” və “Warner Bros.” studiyalarının öz kimliyini qorumaq və onları kölgədə qoyacaq yeni brendin ortaya çıxmasına şərait yaratmamaq üçün seçilib.
“Paramount” və “Warner Bros.” bir əsrdən çoxdur ki, bir mədəniyyəti formalaşdırıblar. Onları birləşdirməklə tarixi yenidən yazmırıq, əksinə bu iki əfsanəvi studiyanı daha güclü mühərriklə təchiz edirik”, - Ellison qeyd edib.
O, həmçinin qeyd edib ki, “Skydance” birləşmiş şirkətin adı olacaq, “Paramount”, “Warner Bros.” və onun tərkibinə daxil olan digər brendlər isə öz adlarını saxlayacaq.
Qeyd edək ki, birləşmənin gələn həftə başa çatacağı gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz