Qərb səfirliklərini Kiyevdən köçürməyə hazırlaşır – “The Guardian”


Qərb ölkələri Ukrayna paytaxtında təhlükəsizlik vəziyyəti daha da pisləşəcəyi təqdirdə, səfirliklərini Kiyevdən köçürmək üçün ehtiyat planları hazırlayıblar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” qəzeti iki diplomatik mənbəyə istinadla məlumat yayıb.
Onların sözlərinə görə, diplomatik nümayəndəliklər Lvova və ya Polşanın şərqinə köçə bilər.
Adı açıqlanmayan diplomatlardan biri bildirib ki, vəziyyət sürətlə pisləşir.
Nəşr həmçinin, Kiyev meri Vitali Kliçkonun şəhərin “çox gərgin vəziyyətdə” olması ilə bağlı sözlərini də sitat gətirib.
“Artıq dinc dövrdə yaşadığımız kimi yaşaya biləcəyimizi iddia etmək mümkün deyil”, - o  qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top