
İsveçrə buzlaqlarının həcmi bu yay Avropanı bürüyən rekord istilik dalğası fonunda 5,5 faiz azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti İsveçrə Buzlaqlarının Monitorinq Şəbəkəsinin və İsveçrə Kriosfer Müşahidə Komissiyasının səkkiz aylıq hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, 2022-2026-cı illər arasında buzlaqların əriməsi əvvəllər müşahidə edilən beş illik dövrdən iki dəfədən çox olub.
Son beş ildə isə İsveçrə buzlaqlarının təxminən 20 faizini itirib.
Sənəddə qeyd olunur ki, bu il ayrı-ayrı buzlaqların orta qalınlığı 2,5-4 metr azalıb.
Hesabatda həmçinin, Avropanın qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşdiyi bildirilib.
İsveçrə Meteorologiya və İqlim Xidmətinin təhlilinə görə, bu ilin ilk səkkiz ayında müşahidə edilən ən isti və ən quraq dövr son dəfə 1864-cü ilə müşahidə edilib.
Tətbiqimizi yükləyə bilərsiniz