
Ukraynanın keçmiş müdafiə nazirləri Aleksey Reznikov və Mixail Fyodorov beynəlxalq axtarışa veriliblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti rəsmi “Telegram” kanalında məlumat verib.
Rusiya İstintaq Komitəsi onları Donbasda mülki əhaliyə qarşı cinayətlərdə ittiham edib.
“2021-2023 və 2026-cı illərdə onlar tabeliklərində olanlara cinayətkar əmrlər və göstərişlər veriblər və Donbasda cəzalandırıcı paramilitar əməliyyatların həyata keçirilməsini təmin ediblər”, - mətbuat xidməti bildirib.
Qeyd edək ki, Aleksey Reznikov 2021-2023-cü illərdə, Mixail Fyodorov isə 2026-cı ilin yanvarından iyul ayına qədər Ukraynanın müdafiə naziri olublar.
Tətbiqimizi yükləyə bilərsiniz