“Flydubai” məlum hadisə ilə əlaqədar İsrailə uçuşları dayandırdı


“Flydubai” şirkəti təyyarədə pilotun bıçaqlanması hadisəsi ilə bağlı istintaq başa çatana qədər İsrailə və İsraildən uçuşları dayandırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti bildirib.
“30 sentyabrda FZ 1073 reysi ilə bağlı baş verən hadisədən sonra və müvafiq orqanlarla razılaşdırılaraq, “Flydubai” istintaq aparılana qədər İsrailə və İsraildən uçuşları dayandırır”, - mətbuat xidməti qeyd edib.
Aviaşirkət dövlət qurumları, tənzimləyicilər və hava limanı nümayəndələri ilə əməkdaşlıq etdiyini qeyd edib və bu qərara görə, səyahət planları pozulan sərnişinlərdən üzr istəyib.
Qeyd edək ki, sentyabrın 30-da “Flydubai” şirkətinə məxsus təyyarə qaçırılma ilə bağlı siqnalı verərək radarlardan itib. Daha sonra təyyarə Səudiyyə Ərəbistanında təcili eniş edib.
İlkin məlumatlara görə, ikinci pilot təyyarənin qəzaya uğramasına cəhd edib, lakin kapitan buna müdaxilə edərkən, bıçaqda ağır yaralanıb. Sərnişinlər də hücum edən ikinci pilotun zərərsizləşdirilmsinə kömək ediblər.

DİGƏR XƏBƏRLƏR

Top