Nazir: "Ötən il 148 nəfər əfv olunub"

"Ötən il penitensiar sistemin və infrastrukturun müasirləşdirilməsi, cəza çəkən şəxslərin hüquqlarının qorunması, saxlanma şəraitinin tibbi təminatın yaxşılaşdırılması üzrə tədbirlər davam etdirilib. Dövlət başçısının humanizm siyasəti uğurla həyata keçirilərək ölkə Prezidentinin ötən ildə imzaladığı sərəncamla 148 nəfər əfv olunub, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 may Respublika günü münasibətilə qəbul olunmuş amnistiya aktının icrası nəticəsində 11 minə yaxın şəxs müxtəlif, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad edilib." Bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında nazir Fikrət Məmmədov bildirib.

O deyib ki, cinayət qanunvericiliyinə mühüm dəyişikliklər edilərək iqtisadi sahədə bəzi əməllərin dekriminallaşdırılması ilə bağlı nazirlik tərəfindən geniş maarifləndirmə işi aparılıb, yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq 1.261 məhkum barədə məhkəmələrə təqdimat göndərilib, artıq onlardan 1.027-nə baxılaraq hamısı təmin edilib. report

DİGƏR XƏBƏRLƏR

Top