Portuqaliya Futbol Federasiyası Ronaldonu Jesusla barışdırmaq istəyir


Portuqaliya Futbol Federasiyası (FPF) hücumçu Kriştianu Ronaldo ilə məşqçi Xorxe Jesus arasında münasibətləri bərpa etmək niyyətindədir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “A Bola” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, FPF mübahisədə vasitəçi rolunu oynamaq niyyətindədir və Ronaldonun Portuqaliya milli komandasındakı karyerasının qalmaqallı sonluğunun qarşısını almaq üçün mümkün olan hər şeyi edir.  
Nəşrin mətnində deyilir ki, FPF vəziyyətə fəal şəkildə müdaxilə edir və məşqçi ilə oyunçu arasında kompromis tapmaq üçün əlindən gələni etmək niyyətindədir.
“Bununla belə, barışıq yolunda əsas maneə baş məşqçi Xorxe Jesusun güzəştə getməyən mövqeyidir. O, Kriştianu Ronaldonun nüfuzunu qəbul etmir”, - nəşr bildirir. 
Digər tərəfdən, “Marca” qəzetinin məlumatına görə, Portuqaliya Futbol Federasiyasının nümayəndələri Ronaldo ilə gələn həftə görüşməyi planlaşdırır.  
Qeyd edək ki, Portuqaliya milli komandasını icazəsiz tərk etdiyinə görə Ronaldonu altı aylıq diskvalifikasiya gözləyir. Belə ki, FPF-nin intizam qaydaları bu cür pozuntulara görə sanksiyalar nəzərdə tutur. 

DİGƏR XƏBƏRLƏR

Top