G7 ölkələrindən Hörmüzlə bağlı yeni tələb


“Yeddilik Qrupu” (G7) ölkələri Hörmüz boğazında gəmiçilik azadlığının dərhal və tam bərpasını tələb ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat G7 liderlərinin bəyanatında öz əksini tapıb.
“Biz Hörmüz boğazında gəmiçilik hüquqlarının və prinsiplərinin dərhal və tam bərpasına çağırırıq və bu məqsədə çatmaq üçün kollektiv səylərimizi ikiqat artırmaq əzmində olduğumuzu bildiririk”, - virtual görüşün yekunlarına dair sənəddə deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ötən gün bildirib ki, Vaşinqton İranın Hörmüz boğazının açılması təklifini kifayət qədər faydalı hesab etməyərək rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top