Çörəkləri belə bişirib daşıyırmışlar – Fotolar


Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Vunqtau küçəsi, ev 23 ünvanında yerləşən çörək emalı sexində plandankənar yoxlama həyata keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatının olmadığı məlum olub.
Həmçinin obyektdə anbar sahəsinin olmadığı, bu səbəbdən un kisələrinin emal sahəsində saxlanıldığı, çörəklərin bişirilməsi və soyudulması proseslərinin eyni sahədə həyata keçirildiyi məlum olub.
Eyni zamanda istehsal olunan çörəklərin qablaşdırılmadan və etiketlənmədən qutulara yığılaraq antisanitar şəraitdə daşındığı aşkar edilib.
Faktla bağlı inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanədək məhdudlaşdırılıb.




DİGƏR XƏBƏRLƏR

Top